Moody's: "Texnologiya sektoru ABŞ-ın ümumi gəlirlərinin 41%-ni təşkil edib"

Moody's:
09 İyun-15:30

ABŞ-dakı qeyri-maliyyə şirkətlərinin ötən il nağd vəsaitləri 2019-cu ilə nisbətən 32% artaraq 2.15 trilyon ABŞ dollarına yüksəlib.

"Margin.az" "Moody"ə istinadən xəbər verir ki, Amerika sənayesində ən çox nağd pula sahib olan sahə hələ də texnologiya sektorudur.

Məlumata görə, ilk beşlikdə yer alan texnologiya şirkətləri "Apple", "Microsoft", "Google", "Amazon" və "Facebook" ümumi qazancın 27%-ni təşkil edir ki, bu da 611 milyard dollardır.

Ümumilikdə isə texnologiya sektoru ölkə qazancının 41%-ni təşkil edir. Bundan əlavə, pandemiya zamanı ABŞ-ın qeyri-maliyyə şirkətlərinin gəlirlərində də artım müşahidə olunub.