Moodys: "Türkiyədə İslam bankçılığının payı 5 ildə iki dəfə artacaq"

Moodys:
07 Sentyabr-11:00

Beynəlxalq kredit reytinq agentliyi "Moodys" Türkiyədə İslam bankçılığının payının qarşıdakı 5 il ərzində iki dəfə artacağını proqnozlaşdırır.

"Margin.az" xəbər verir ki, bu barədə məlumatı agentlik açıqlayıb.

Məlumata görə, İslam bankçılığında hökumət siyasəti və qaydaları təsirlidir. Buna görə də Türkiyənin ümumi bank aktivlərində bu bankların payı iki dəfə artacaq.

Agentliyin açıqlamasına əsasən, İslam bankçılığının Türkiyənin ümumi bank aktivlərindəki payı ötən il 7,1%-ə yüksəlib. Bu göstərici, 2019-cu ildə 5,8% təşkil edib.