"Moodys" Türkiyənin iqtisadi artım proqnozunu yüksəldib

01 Sentyabr-09:44

"Moodys" beynəlxalq reytinq agentliyi bu il üçün Türkiyənin iqtisadi artım proqnozunu 3,5%-dən 4,5%-ə yüksəldib.

"Margin.az" xəbər verir ki, bu barədə "Moodys Qlobal Makro Görünüş 2022-2023" hesabatında deyilir.

Məlumata görə, daha sərt maliyyə şərtləri iqtisadiyyata təsir etdikcə qlobal artım yavaşlayıb. Qurum Türkiyə iqtisadiyyatının gələn il isə 2% böyüyəcəyini proqnozlaşdırır. Eyni zamanda "G20" ölkələrinin iqtisadiyyatının bu il 2,5%, gələn il isə 2,1% böyüyəcəyi proqnoz edilir.