Beynəlxalq reytinq agentliyi "Moodys" Ukraynanın kredit reytinqini "Caa3"dən "Ca"ya endirib və proqnozunu "mənfi"dən "stabil"ə dəyişib.
"Margin.az" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
- "Moodys" Türkiyənin iqtisadi artım proqnozunu yüksəltdi
-
Müharibə Ukrayna iqtisadiyyatını 35%-dən çox kiçiltdi
Məlumata görə, Rusiya ilə davam edən müharibə Ukraynanın iqtisadiyyatına və dövlət maliyyəsinə uzunmüddətli çətinliklər yaradacağı üçün ölkənin kredit reytinqi endirilib. Eyni zamanda, Ukrayna iqtisadiyyatının müharibə səbəbilə ötən il 30% kiçilməsi gözlənilir. Bundan əlavə, ölkə iqtisadiyyatının bu il 2% azalacağı proqnoz edilir.