“Moodys”: Yaponiya iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəsinə tezliklə çatacaq

“Moodys” Yaponiyanın kredit reytinqini "A1" səviyyəsində təsdiqləyib və proqnozunu stabil saxlayıb.
“Moodys”: Yaponiya iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəsinə tezliklə çatacaq
28 Noyabr-15:40

“Moodys” beynəlxalq reytinq agentliyi Yaponiya iqtisadiyyatının gələn il pandemiyadan əvvəlki səviyyəsinə çatacağını proqnozlaşdırır.

“Margin.az” xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Məlumata görə, Yaponiyanın gəlirləri tədricən bərpa olacaq. “Moodys” Yaponiyanın iqtisadi artımının növbəti bir neçə rüb ərzində sürətlənəcəyini gözləyir.

Bildirilib kiç ölkənin davam edən maliyyə və pul dəstəyi, eləcə də Yaponiyanın məhsullarına tələbin artması iqtisadi inkişafı sürətləndirəcək. Agentlik Yaponiyanın dövlət borcunun ÜDM-in 230%-nə yaxınlaşacağını proqnozlaşdırır

“Moodys” Yaponiyanın kredit reytinqini "A1" səviyyəsində təsdiqləyib və proqnozunu stabil saxlayıb.