Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyi məlumat yaydı
21 Sentyabr-22:05

Bəzi sosial şəbəkə hesablarında guya Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə əsassız məlumatlar paylaşılır.

Bu barədə "Margin.az" Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Bu məlumatları qəti surətdə təkzib edirik. Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq", - nazirlikdən əlavə edilib.