Müddətli əmək müqaviləsi üzrə sığorta stajı azaldılır

Müddətli əmək müqaviləsi üzrə sığorta stajı azaldılır
07 Dekabr-15:50

Müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur.

"Margin.az" xəbər verir ki, bu barədə  “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqdim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq. Əvvəlki redaksiyada bu ödəniş 35 ay sığorta stajına görə verilirdi.

Qanun layihəsi bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə olunub və parlamentin plenar iclasına tövsiyə edilib.