"NASA"nın kosmik teleskopu fəaliyyətini bərpa edib

20 İyul-17:38

"Hubble”  Kosmik Teleskopu yenidən işinə başlayıb.

 "Margin.az" xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aviasiya və Kosmik İdarəsi (NASA) məlumat yayıb.

Bildirilib ki, yaranmış nasazlıq səbəbilə bir aylıq fasilədən sonra elmi araşdırmalar davam edir. Hətta "NASA" teleskopun çəkdiyi yeni fotoları da yayımlayıb.

Əlavə edək ki, iyun ayında kosmik gəminin elektronikasının bir hissəsi  sıradan çıxdığına görə fəaliyyəti tamamilə dayandırılmışdı.