NATO ölkələrinin ötən il müdafiə xərcləri artaraq 1,17 trilyon dollara çatıb.
"Margin.az" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberqin 2022-ci il üzrə illik hesabatında qeyd olunub.
Məlumata görə, 2021-ci ildə NATO ölkələrinin müdafiə xərcləri 1,15 trilyon dollar olub. NATO-nun 7 üzvü ötən il ÜDM-in ən azı 2 faizini müdafiəyə ayırmaq hədəfinə çatıblar. Bu ölkələr ABŞ, Yunanıstan, Litva, Polşa, İngiltərə, Estoniya və Latviyadır. Eyni zamanda, 2014-cü ildə Yunanıstan, ABŞ və Böyük Britaniya ÜDM-in 2 faizindən çoxunu müdafiəyə ayırıblar.