Naxçıvan Muxtar Respublikasında ötən il ÜDM-in həcmi 2020-ci ilin eyni dövrünə nisbətən 2,4% artaraq 3 016 315 min manat olub.
"Margin.az" Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 3,4% artaraq 6 524,6 manat təşkil edib.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 1 069 655,7 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7% çoxdur.