Naxçıvan iqtisadiyyatı nə qədər böyüyüb?

Naxçıvan iqtisadiyyatı nə qədər böyüyüb?
23 İyun-12:12

Naxçıvan Muxtar Respublikasında bu ilin yanvar-may aylarında 1 milyard 50 milyon 572 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8% çoxdur.

"Margin.az" Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hər bir nəfərə düşən ÜDM-in həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2% artaraq 2267,1 manat olub.

Muxtar respublikada yaranan ÜDM-in tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə dəyəri 472 milyon 471 min 100 manat məhsul istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7% çoxdur.