Naxçıvan iqtisadiyyatı nə qədər böyüyüb?

Naxçıvan iqtisadiyyatı nə qədər böyüyüb?
24 Noyabr-11:44

Naxçıvan Muxtar Respublikasında bu ilin yanvar-oktyabr aylarında 2 milyard 446 milyon 943,5 min manatlıq ümumi daxili məhsul istehsal olunub.

"Margin.az" Naxçıvan Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6% çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4% artaraq 5 min 272,4 manat olub.