Naxçıvan iqtisadiyyatına nə qədər investisiya qoyulub?

Naxçıvan iqtisadiyyatına nə qədər investisiya qoyulub?
24 Noyabr-12:03

Naxçıvan Muxtar Respublikasında bu ilin yanvar-oktyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 885 milyon 386 min manat vəsait yönəldilib.

"Margin.az" xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu da bir il öncəki göstəricidən 1,8% çoxdur. Əsas kapitala yönəldilən vəsaitin 834 milyon 639 min 900 manatı və ya 94,3%-i tikinti-quraşdırma işlərinin payına düşübdür.