Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub, bir hərbiçimiz yaralanıb

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub, bir hərbiçimiz yaralanıb
20 İyul-09:20

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 19-u saat 23:40 radələrində Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

"Margin.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

Cavab atəşi ilə qarşı tərəf  susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.