Naxçıvanda əsas kapitala 674 mln. manat vəsait yönəldilib

Naxçıvanda əsas kapitala 674 mln. manat vəsait yönəldilib
22 Sentyabr-10:10

Naxçıvan Muxtar Respublikasında vəsait qoyuluşları çərçivəsində bu ilin yanvar-avqust aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 674,78 mln. manat vəsait yönəldilib.

"Margin.az" Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu bir il öncəki göstəricidən 1,6% çoxdur.

Əsas kapitala yönəldilən vəsaitin 644,91 mln. manatı və ya 95,6%-i tikinti-quraşdırma işlərinin payına düşüb.