Naxçıvanda kənd təsərrüfatı məhsulları istehsalı artıb

Naxçıvanda kənd təsərrüfatı məhsulları istehsalı artıb
22 Sentyabr-11:38

Naxçıvan Muxtar Respublikasında bu ilin yanvar-avqust aylarında 354 milyon 489 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.

Bu barədə "Margin.az" muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu dövr ərzində diri çəkidə ət istehsalı 16 563 ton, süd istehsalı 71 266 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 8 faiz, süd istehsalı isə 1,5 faiz artıb.