Naxçıvanda kənd təsərrüfatı məhsulları istehsalı artıb

Naxçıvanda kənd təsərrüfatı məhsulları istehsalı artıb
24 Noyabr-12:57

Naxçıvan Muxtar Respublikasında bu ilin yanvar-oktyabr aylarında 475 milyon 517 min 500 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% çoxdur.

Bu barədə "Margin.az" muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu dövr ərzində diri çəkidə ət istehsalı 23122 ton, süd istehsalı 81908 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,7%, süd istehsalı isə 1,4 faiz artıb.