Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 3,6% artıb

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 3,6% artıb
18 Mart-18:23

Naxçıvanda bu ilin yanvar-fevral aylarında 17 milyon 508 min 900 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.

“Margin.az” Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% çoxdur.

Bu dövr ərzində diri çəkidə ət istehsalı 4084 ton, süd istehsalı 5399 ton olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 5,8%, süd istehsalı isə 1,6% artıb.