Naxçıvan Muxtar Respublikasında bu ilin yanvar-may aylarında bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 116 mln. manatdan çox kredit verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,8% çoxdur.
"Margin.az" bu barədə Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, verilən kreditlərin 9,67 mln. manatdan çoxu və yaxud 8,3%-i qısamüddətli, 106,9 mln. manatdan çoxu və yaxud 91,7%-i uzunmüddətli kreditlər olub.