Naxçıvanda maaşlar 9% artıb

Naxçıvanda maaşlar 9% artıb
24 Noyabr-12:20

Naxçıvan Muxtar Respublikasında bu ilin yanvar-sentyabr aylarında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 596,2 manat olub.

Bu barədə "Margin.az" Naxçıvan Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,3 % çoxdur.