Nazir: “Azərbaycan və Rumıniyanın ticarət dövriyyəsi 31% artıb”

Nazir: “Azərbaycan və Rumıniyanın ticarət dövriyyəsi 31% artıb”
23 İyun-12:00

“Ötən il Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 31,3%, bu ilin yanvar-aprel aylarında 2,77 dəfə artıb”.

“Margin.az” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir ölkəmizdə əldə olunan sosial-iqtisadi nailiyyətlərdən, Azərbaycanda və Rumıniyada Rumıniya və Azərbaycan şirkətlərinin uğurlu fəaliyyətindən danışıb.

Sahil Babayev ümumilikdə, enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və s. sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığının ildən-ilə genişlənməkdə olduğunu qeyd edib.