Nazir: "Azərbaycanda internetin sürəti 50% artıb"

Nazir:
03 Mart-16:52

Azərbaycanda internet infrastrukturunun yenilənməsinə qoyulan sərmayələr nəticəsində ölkədə sabit genişzolaqlı internetin orta sürəti ötən illə müqayisədə 50% artaraq 26,3 Mb/s təşkil edib.

"Margin.az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Twitter" hesabında bildirib.

Nazirin sözlərinə görə, 2024-cü ilin sonuna qədər ölkəmizdə bütün yaşayış məntəqələrində yüksəksürətli internetə çıxışın təmin edilməsi istiqamətində işlər davam edir.