Nazir: "KOB subyektlərinin ÜDM-də payı 60%-ə çatacaq"

Nazir:
17 May-12:00

2022-2026-cı illəri əhatə edən Strateji Plana uyğun olaraq Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin ümumi daxili məhsulda (ÜDM) payı 60%-ə çatacaq.

"Margin.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes forumunda bildirib.

Bundan başqa, onun sözlərinə görə, yaxın 4 ildə Azərbaycanda KOB subyektlərinin məşğulluqda payı 70%, qeyri neft ixracında payı isə 40% olacaq.  "Bu il Azərbaycanın xarici ticarətində rekord göstərici gözlənilir və buna Aİ ölkələri xüsusi töhfəsi verəcək. Son 10 ildə Aİ-nin 700-dən çox şirkətindən Azərbaycana birbaşa xarici investisiyaların məbləği 20 milyarddan avrodan çox olub", - deyə o, qeyd edib.