Nazir müavini: “Azərbaycanda əhalinin 81%-dən çoxunun internetə çıxışı var”

Nazir müavini: “Azərbaycanda əhalinin 81%-dən çoxunun internetə çıxışı var”
23 İyun-13:03

Azərbaycan Xəzər-Qara dəniz beynəlxalq nəqliyyat marşrutu üzərində iş aparır.

“Margin.az” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında bildirib.

Onun sözlərinə görə, həmçinin rəqəmsal sahədə də böyük işlər aparılır: “Bu gün ənənəvi şəhərlərin ağıllı şəhərlərə çevrilməsi qarşımızda dayanan prioritet məsələlərdəndir. Azərbaycanda əhalinin 81 faizdən çoxunun internetə çıxışı var. 6 milyondan çox abunəçi genişzolaqlı internetlə təmin edilib”.