Nazir müavini: “Qarabağ yaşıl enerji zonasına çevriləcək”

Nazir müavini: “Qarabağ yaşıl enerji zonasına çevriləcək”
17 May-15:40

"Azərbaycan Qarabağın yaşıl enerji zonasına çevrilməsi üzərində çalışır".

"Margin.az" xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş müxtəlif regionlar fərqli potensiala malikdir: "İndiyədək Qarabağda 4 kiçik Su Elektrik Stansiyası (SES) işə salınıb, daha 5-i üzərində iş aparılır. Azərbaycanda 2030-cu ilədək Milli İnkişaf Strategiyası çərçivəsində 5 əsas istiqamət müəyyən edilib. Onlardan biri təmiz ətraf mühitdir".  

Soltanov Azərbaycanın 2050-ci ilədək atmosferə atılan tullantıların həcmini 40% azaltmağı hədəflədiyini bildirib.