Nazir: “Qeyri-neft məhsullarının ixracında müsbət tendensiya davam edir”

Nazir: “Qeyri-neft məhsullarının ixracında müsbət tendensiya davam edir”
23 İyun-11:11

“İqtisadiyyatın şaxələndirilməsi tədbirləri nəticəsində qeyri-neft məhsullarının ixracında müsbət tendensiya davam edir”.

“Margin.az” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.

“Bu ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,9% artaraq, 1 mlrd. 188 mln. dollar təşkil edib”, - paylaşımda qeyd edilib.