Neçə nəfər qatardan istifadə edib?

Neçə nəfər qatardan istifadə edib?
27 Yanvar-13:13

Dəmir yolu nəqliyyatı ilə ötən il 18,7 milyon ton yük, 5136,5 min sərnişin daşınıb.

Bu barədə "Margin.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2021-ci illə müqayisədə yük daşınmasında 24,3%, sərnişin daşınmasında isə 81,8% artım müşahidə edilib.

Orta hesabla sutkada 337 vaqon yüklənib, 395 vaqon isə boşaldılıbdır. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilibdir.