Neçə nəfərin sosial ödənişi dayandırılıb?

Neçə nəfərin sosial ödənişi dayandırılıb?
17 Mart-12:05

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən il apardığı araşdırmalar üzrə əsassız göndərişlər əsasında təyinat aparılmış 491 nəfərin əlillik təyinatı ləğv edilib.

“Margin.az” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Məlumata görə, həmin şəxslərə ödənilən aylıq pensiya, müavinət və təqaüdlər üzrə ödənişlər dayandırılıb. Hesabat dövründə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında 37,5 min nəfər üzrə təkrar əlillik təyinatı aparılıb.