ABŞ-da məşğulluğun artması səbəbilə neft qiymətləri bahalaşıb.
"Margin.az" xəbər verir ki, "Brent" markalı neftin may müqaviləsində bir barelin qiyməti 1,19 dollar və ya 1,5% bahalaşaraq 82,78 ABŞ dollarına çatıb.
WTI markalı neftin aprel müqaviləsində bir barelin dəyəri isə 96 sent və ya 1,3% artaraq 76,68 ABŞ dolları olub.