Neft qiymətləri 1 dollardan çox ucuzlaşıb

Neft qiymətləri 1 dollardan çox ucuzlaşıb
18 Mart-11:20

ABŞ-ın bank sektorundakı mövcud narahatlıqlar neft qiymətlərini ucuzlaşdırıb.

"Margin.az" xəbər verir ki, "Brent" markalı neftin may müqaviləsində bir barelin qiyməti 1,73 dollar və ya 2,3% ucuzlaşaraq 72,97 ABŞ dolları olub.

WTI markalı neftin aprel müqaviləsində bir barelin dəyəri isə 1,61 dollar və ya 2,4% azalaraq 66,74 ABŞ dollarına enib.

Əlavə edək ki, "Brent" nefti bu həftə təxminən 12% ucuzlaşıb. Bu, ötən ilin dekabrından bəri ən böyük həftəlik enişdir. Eyni zamanda WTI 13% ucuzlaşıb ki, bu da ötən ilin aprelindən bəri ən böyük həftəlik eniş göstəricisidir.