Neft qiymətləri bahalaşıb

Neft qiymətləri bahalaşıb
21 Mart-09:16

Neft qiymətləri investorların bank sektorundakı problemlərin qlobal iqtisadiyyata çətinlik yaradacağı və xam neftə tələbi məhdudlaşdıracağı ilə bağlı narahatlığı fonunda ucuzlaşmağa baxmayaraq son ticarətdə bahalaşıb.

"Margin.az" xəbər verir ki, "Brent" markalı neftin may müqaviləsində bir barelin qiyməti 0,4% və ya 5 sent bahalaşaraq 73,85 ABŞ dollarına çatıb.

WTI markalı neftin aprel müqaviləsində bir barelin dəyəri isə 0,8% və ya 9 sent artaraq 67,73 ABŞ dolları olub.