Neft qiymətləri niyə bahalaşıb?

Neft qiymətləri niyə bahalaşıb?
22 Sentyabr-09:39

Dünya bazarlarında neft qiymətləri tədarüklə bağlı narahatlıqlar fonunda bahalaşıb.

"Margin.az" xəbər verir ki, "Brent" markalı neftin noyabr müqaviləsində bir barelin qiyməti 50 sent və ya 0,6% bahalaşaraq 90,33 ABŞ dolları olub.

WTI markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 45 sent artaraq 83,39 ABŞ dollarına çatıb.