Neft qiymətləri ucuzlaşıb

Neft qiymətləri ucuzlaşıb
21 İyul-09:29

ABŞ-ın neft ehtiyatlarında gözlənilməz artım qeydə alındıqdan və koronavirusa yoluxma saylarında yenidən artım müşahidə edildikdən sonra neft qiymtləri ucuzlaşıb.

"Margin.az" xəbər verir ki, "Brent" markalı xam neftin sentyabr müqaviləsində bir barelin dəyəri 0.8% və ya 52 sent azalaraq 68,83 ABŞ dolları təşkil edib. WTI markalı xam neftin sentyabr müqaviləsində bir barelin qiyməti isə 0.7% və ya 50 sent ucuzlaşaraq 66,70 ABŞ dolları olub.