Neft qiymətləri ucuzlaşıb

Neft qiymətləri ucuzlaşıb
24 Noyabr-09:30

"G7" ölkələrinin Rusiya nefti üçün tavan qiymət planı neft qiymətlərini ucuzlaşdırıb.

"Margin.az" xəbər verir ki, "Brent" markalı neftin yanvar müqaviləsində bir barelin qiyməti 21 sent və ya 0,3% ucuzlaşaraq 85,20 ABŞ dolları olub.

WTI markalı neftin dekabr müqaviləsində bir barelin dəyəri isə 16 sent və ya 0,2% azalaraq 77,78 ABŞ dollarına enib.