ABŞ-ın neft şirkəti "Exxon Mobil Corp" gələn il xərclərini 25 milyard dollara yaxın artırmağı planlaşdırır.
"Margin.az" "Reuters"ə istinadən xəbər verir ki, şirkət karbon emissiyalarının qarşısını almaq üçün investisiyalarını artıracaq.
Məlumata görə, "Exxon" bu ilin ikinci və üçüncü rüblərində rekord mənfəət əldə edib. ABŞ-ın ən böyük neft istehsalçısı, həmçinin 2027-ci ilə qədər karbon qazının azaldılması layihələrində xərclərini 15 milyard dollardan 17 milyard dollara yüksəldəcəyini bildirib.