"Netflix" 30-dan çox ölkədə qiymətləri endirib

25 Fevral-11:56

Onlayn serial və film izləmə platforması "Netflix" daha çox abunəçi cəlb etmək üçün 30-dan çox ölkədə abunə haqqını endirib.

"Margin.az" "Wall Street Journal"a istinadən xəbər verir ki, Asiya, Avropa, Latın Amerikası, Afrikanın Saharaaltı regionu və Yaxın Şərqin bəzi regionlarında qiymətlər endirilib.

Abunə haqqının endirildiyi ölkələrə Malayziya, İndoneziya, Tayland, Filippin, Xorvatiya, Venesuela, Keniya və İran daxildir. Endirim müəyyən qiymət planlarına aiddir və bəzi hallarda abunə haqları yarıya endirilir.