"Netflix"in mənfəəti azalıb

20 Aprel-09:49

Onlayn serial və film izləmə platforması "Netflix"in bu ilin birinci rübündə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 7,9 milyard dollara çatıb. 

"Margin.az" xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, şirkətin yanvar-mart aylarında xalis mənfəəti isə ötən ilin eyni dövrü ilə müqayisədə 6% azalaraq 1,6 milyard dollar olub.

Əlavə edək ki, bu dövrdə "Netflix"in abunəçilərinin sayı 200 min nəfər azalıb. Şirkətin hazırda cəmi 221,6 milyon abunəçisi var.