Azərbaycanda bu ilin yanvar-mart aylarında informasiya və rabitə müəssisələri 692,7 milyon manatlıq xidmət göstərib.
"Margin.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, xidmətlərin 75,5%-i əhaliyə göstərilib.
- İnformasiya və rabitə xidmətlərinin həcmi 15%-dək artıb
-
Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 57 mln. manatdan çox olub
Hesabat dövründə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,8% artıb, bu sahədə əldə edilən gəlirin 83,2%-i qeyri-dövlət sektorunun payına düşübdür.