Azərbaycanda bu ilin yanvar-fevral aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 96,2 milyon manat dəyərində məhsul istehsal edilibdir.
"Margin.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 3,7 dəfə, geyim istehsalında 17,3%, toxuculuq sənayesində isə 25,6% artım müşahidə olunubdur.