Azərbaycanda dövlət müəssisələrində çalışanlar 2023-cü ilin yanvar ayında orta hesabla 809,9 manat, özəl müəssisələrdə çalışanlar isə 908,4 manat maaş alıb.
"Margin.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, hesabat dövründə neft-qaz sektorunda orta maaş 3 135 manat, qeyri-neft-qaz sektorunda isə 812,4 manat olub.