Ölkənin şəkər idxalına çəkdiyi xərc azaldı

Ölkənin şəkər idxalına çəkdiyi xərc azaldı
28 Mart-18:54

Azərbaycanın bu ilin yanvar-fevral aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxalı 28,4 milyon dollar dəyərində olub.

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,83% azdır.

Məlumata görə, ötən ilin eyni dövründə Azərbaycan şəkər idxalına 29 milyon dollar xərcləyib.

Əlavə edək ki, hesabat dövründə şəkər idxalı Azərbaycanın ümumi idxalının 1,07%-ni təşkil edib.