“OPEC”: Azərbaycan 750 min barel neft və maye karbohidrogen hasil edəcək

“OPEC”: Azərbaycan 750 min barel neft və maye karbohidrogen hasil edəcək
13 Oktyabr-16:10

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanın bu il ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 750 min barel səviyyəsində olacağını proqnozlaşdırır. Bu qurumun ötən proqnozu ilə eynidir.  

"Margin.az" xəbər verir ki bu barədə "OPEC"in oktyabr ayı üzrə hesabatında qeyd olunub.

Hesabata əsasən, Azərbaycanın gələn il ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı  820 min barel səviyyəsində olacaq ki bu da əvvəlki proqnozla eynidir.

Bildirilib ki, 2020-ci ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub.