OPEC Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb

OPEC Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb
15 Noyabr-11:08

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

"Margin.az" xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında qeyd olunub.

Hesabata görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 700 min barel səviyyəsində olacaq, bu da ilik müqayisədə 6 min barel azdır. Məlumata əsasən, gələn il ölkədə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 800 min barel səviyyəsində olacaq ki, bu da illik müqayisədə 49 min barel çoxdur.

Əlavə edək ki, ötən il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel səviyyəsində olub.