OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu yüksəldib

OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu yüksəldib
14 Dekabr-10:26

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

Bu barədə "Margin.az" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı orta hesabla 700 min barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnozla müqayisədə 21 min barel azdır.

Hesabata əsasən, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 800 min barel olacaq. Bu da öncəki proqnozla müqayisədə 10 min barel çoxdur.