OPEC: "Neft bazarında böhranın qarşısını almaq üçün lazımi anda hərəkət etdik"

OPEC:
19 Oktyabr-10:17

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) qlobal neft bazarında böhranın qarşısını almaq üçün lazımi anda hərəkətə keçib.

"Margin.az" xəbər verir ki, bu barədə OPEC-in baş katibi Heysəm Əl-Qais Cənubi Afrikada keçirilən enerji konfransında qrupun oktyabrın 5-də neft hasilatını azaltma qərarı ilə bağlı açıqlamalar verib.

Onun sözlərinə görə qrup bu ay qlobal neft bazarında böhranın qarşısını almaq üçün lazımi vaxtda hərəkətə keçib. Bildirilib ki, fosil enerji mənbələrinə tələbatın artdığı bir vaxtda Afrikada neft və qaz ehtiyatlarına ehtiyac olacaq.

Əlavə edək ki, "OPEC +" qrupunun energetika və neft nazirləri noyabr ayından etibarən gündəlik neft hasilatını 2 milyon barel azaltmaq qərarına gəliblər.