OPEC: “Neft bazarında çatışmazlıq var”

"OPEC +" neft hasilatını bərpa etmək siyasətini davam etdirəcək və neft bazarında balansı sabitləşdirmək üçün hasilatı artıracaq.
OPEC: “Neft bazarında çatışmazlıq var”
14 Sentyabr-12:49

ABŞ-da hasilatın azalması fonunda neft bazarında çatışmazlıqlar var. Buna görə oktyabr ayından "OPEC +" neft hasilatının artıra bilər.

"Margin.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) sentyabr hesabatında qeyd olunub.

Məlumata görə, "OPEC +" neft hasilatını bərpa etmək siyasətini davam etdirəcək və neft bazarında balansı sabitləşdirmək üçün hasilatı artıracaq. IEA mütəxəssislərinin sözlərinə görə, ABŞ-ın neft hasilatı 2022-ci ilin əvvəlinə qədər bərpa olunacaq.

"OPEC" ölkələri mövcud razılaşmaya görə, neft hasilatını gündəlik 400 min barel artırır, bu plan noyabra kimi etibarlıdır. Noyabr ayı ilə bağlı qərar nazirlərin oktyabrın 4-də keçiriləcək iclasında veriləcək.