"OPEC+" ölkələri ötən ay neft hasilatını gündəlik 160 min barel artıraraq alyansın hasilat planından 1,72 milyon barel geridə qalıb.
"Margin.az" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) mart hesabatında deyilir.
Agentliyin məlumatına görə, alyans üzvlərinin neft hasilatının həcmi yanvar ayı ilə müqayisədə gündəlik 160 min barel artaraq 38,38 milyon barel olub. Eyni zamanda, "OPEC+" ölkələrinin fevral ayı üçün hasilat hədəfi gündəlik 40,1 milyon barel olub.