OPEC ölkələri neft hasilatını azaldıblar

OPEC ölkələri neft hasilatını azaldıblar
14 Noyabr-18:14

"OPEC+" sazişində iştirak edən OPEC ölkələri (İran, Liviya və Venesuela istisna olmaqla) ötən ay neft hasilatını gündəlik 225 min barel azaldaraq 25,104 milyon barelə endirib.

"Margin.az" xəbər verir ki, bu barədə qurumun aylıq hesabatında qeyd olunub.

Hesabat dövründə OPEC ölkələri neft hasilatını gündəlik 210 min barel azaldaraq 29,494 milyon barelə endirib. Razılaşmaya əsasən, "OPEC+" ölkələri oktyabr ayında hasilatı gündəlik 100 min barel azalda bilər.