"OPEC+" ölkələri ötən ay neft hasilatını gündəlik 160 min barel azaldıblar.
"Margin.az" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) fevral hesabatında deyilir.
- OPEC ölkələri "OPEC+" öhdəliklərini 167% yerinə yetirib
-
Neft sektoruna investisiyaların azalması "OPEC+"un hasilat gücünü azaldıb
Hesabat dövründə alyans üzvlərinin neft hasilatı gündəlik 38,18 milyon barel olub. Eyni zamanda, "OPEC+" ölkələrinin yanvar ayı üçün hasilat hədəfi isə gündəlik 40,1 milyon barel təşkil edib. Beləliklə, təşkilatın plandan geri qalma səviyyəsi 1,93 milyon barel olub.