OPEC: "OPEC+ sazişi qlobal neft bazarının inkişafında əsas rol oynayır"

OPEC:
12 Dekabr-10:03

"OPEC+ sazişi enerji sabitliyinin təmin edilməsində və qlobal neft bazarının inkişafında mühüm rol oynamaqda davam edir".

"Margin.az" xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysəm Əl-Qais bildirib.

Onun sözlərinə görə, 11 ölkə arasında neft hasilatının məhdudlaşdırılmasına dair "OPEC+" sazişi 2016-cı il dekabrın 10-da imzalanıb. Sazişin məqsədi bütün istehsalçıların, istehlakçıların və investorların, eləcə də qlobal iqtisadiyyatın maraqları naminə əməkdaşlıq, o cümlədən neft bazarının davamlı sabitliyini təmin etməkdir.